IQNA

Bu ölkədə `Milli Hicab Günü` rəsmi şəkildə qeyd olunacaq

12:00 - April 22, 2017
Xəbər sayı: 3481568
Filippinin Parlament Komitəsi fevral ayının 1-ni ölkədə "Milli Hicab Günü" kimi təqdim edən qanun layihəsini təsdiqləyib.

Bu ölkədə `Milli Hicab Günü` rəsmi şəkildə qeyd olunacaq

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Maide.Az-a saytına istinadən xəbər verir ki, qanun layihəsinə əsasən, filippinli müsəlmanlar üçün "Milli Hicab Günü" münasibətilə tədbirlərin təşkili ilə dövlət komissiyası məşğul olacaq.

"Milli Hicab Günü"nün qeyd olunmasından məqsəd dövlət səviyyəsində ölkədə hicab barədə maarifləndirmə və məlumatlların artırılması, eləcə də islami hicabla bağlı yaranmış mövhumatlarla mübarizə aparmaqdır.

captcha